Samir Abasov: "Qəbələ"ni bütün komponentlərdə üstələyə bildik" MÜSAHİBƏ

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XXI turunda "Qəbələ"ylə səfər oyunundan sonra mətbuat konfransı keçirib.

 

Sportal.az Sport24.az saytına istinadən xəbər verir ki, gənc mütəxəssis öncə matçı dəyərlənidirib. 

 

- "Qəbələ"ni ütün komponentlərdə rəqibi üstələyə bildik. Qalib gəlmək üçün yetərincə imkanlarımız vardı. Fərqli qazonlarla məşq etmək öz sözünü deyirdi. Oyun ağır gedirdi. Bu, fiziki durumla bağlı deyildi. İnanırdıq ki, Qəbələdə nəsə edə bilərik. 2-ci yerdə gedən komandadan səfərdə xal alırıqsa, bu, yaxşı haldı. Cavid İmamverdiyevin oyunun yaxşı alınmamağı məni üzdü. Onda bu gün nəsə alınsaydı, ilk hissədə oyunu həll etmiş olardıq

 

- Qısamüddətli məqşçi karyeranızda Nicat Qurbanov kimi uğurlu əvəzetmə qərarınız oldumu?
- Təki bu, sonra da olsun, çox olsun. Sağ olsun, məşqçinizin üzünü ağ elədi. Amil necə təktəbətkdə qol vura bilmədi, anlamadı.

 

- Onu əvəzləməyi düşünürdünüz?
- Cavid kimi, onu da itirə bilərdik. Yunanovu psixoloji cəhətdən sındırmaq istədim. Dabo sürətli hücumçudu. Ona görə üçlü müdafiəni saxladım.
 
- Hakim idarəçiliyindən razı qaldınız?
- Əla idi.
 
- “Qarabağ”, "Qəbələ” "Sumqayıt"ı məğlub edə bilmədi. Rəqiblər zəifləyib, yoxsa "Sumqayıt" güclənib?
- Ümumi çempionatı dəyərləndirməyimi istəyirsiniz. Məncə, qışdan sonra bütün komandalar  güclənib. Biz necə varıq, eləyik. Çox transferimiz olmadı. Təki həmişə belə olsun.

Tarix: 2 Aprel [19:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Dekabr 2018
17  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio