2018-ci il dünya çempionatına gedəcək komandaları tanıyaq: Kosta-Rika

19:14 - 20 Aprel 2018

İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.

 

Turnirdə çıxış edəcək Kosta-Rika millisiylə sizi qısa şəkildə tanış edirik.

 

Kosta-Rika hansı qrupda qərarlaşıb?

 

Kost-Rika E qrupunda Brazilya, Serbiya və İsveçrə ilə mübarizə aparacaq.

 

Image result for costa rica 2018 world cup

 

Kosta-Rikanın qrupdakı oyunlarının tarixi:

 

17 iyun.    16:00. Samara. Kosta-Rika – Serbiya
22 iyun.    16:00. Sankt-Peterburq. Braziliya – Kosta-Rika
27 iyun.     22:00. Nijni Novqorod. İsveçrə – Kosta-Rika

 

Related image

 

Baş məşqçi: Oskar Ramires

 

2015-ci ilin avqust ayında vəzifəyə gələn Oskar Ramires Kosta-Rika millisini 39 oyuna çıxarıb (19 qalibiyyət, 10 bərabərlik, 10 məğlubiyyət).

 

Image result for oscar ramirez costa rica

 

Ulduz oyunçusu: Keylor Navas

 

Keylor Navas dünya kubokunda komandasına kapitanlıq edəcək. "Real" forması ilə bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxan Navas 5 oyun qapısından top keçirməmişdir.

 

Image result for keylor navas costa rica

 

Komandanın ehtimal edilən 11-liyi:

 

 

Kosta-Rika neçə dəfə mundiallarda iştirak edib?

 

Kosta-Rika tarix boyunca 4 dəfə dünya çempionatlarında iştirak edib: 1990; 2002; 2006; 2014.

 

Related image

 

Kosta-Rikanın dünya kubokunda ən böyük uğuru nədir?

 

Kosta-Rikanın 4 dəfə iştirak etdiyi yarışda ən böyük uğuru 2014-cü il mundialında 1/4 finala qalmasıdır.

 

Kosta-Rikanın dünya kubokunda ən çox qol vuran oyunçusu kimdir?

 

Related image

 

Kosta-Rikanın turnir tarixində ən çox qol vuran oyunçuları Kristian Bolanos və Maykl Umanyadır. 2006 və 2014-cü illərdə təşkil olunan turnirlərdə forma geyinən hər 2 futbolçu 7 qol vurub.

 

Image result for christian bolanos costa rica

Xəbər xətti