Mourinyo: "Poqbanın ayrılmasını istəmirəm"

14:13 - 10 May 2018

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Pol Poqbanın komandadan ayrılacağı ilə yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, pportuqaliyalı çalışdırıcı 25 yaşlı yarımmüdafiəçinin komandadan ayrılmasını istəmədiyini deyib:

 

"Buna əmin ola bilərsiniz ki Poqbanın ayrılığını istəmirəm. Onu satmaq fikrimiz yoxdur. Gələn mövsüm də bizimlə olacağını düşünürəm. Mən belə hiss edirəm".

 

Qeyd edək ki, Poqba 2016-cı ildə 105 milyon avroya "Yuventus"dan "Mançester Yunayted"də keçmişdi. Fransa millisinin üzvüylə "Milan"la PSJ-nin maraqlandığı iddia edilir.

Xəbər xətti