"Roma"nın türk futbolçusu zədələndi

19:14 - 17 May 2018

"Roma"nın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin gənc futbolçusu Cengiz Ünder zədələnib. "Canavarlar"ın bu gün baş tutan məşqində xəsarət alan türk yarımmüdafiəçi məşqçi yarımçıq tərk etməli olub.

 

21 yaşlı futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. Cengizin A Seriyasının son turunda "Sassuolo"ya qarşı oynayıb-oynamayacağı müayinədən sonra məlum olacaq.

Xəbər xətti