"Səbail" Samir Əliyevlə yolları ayırdı

23:44 - 22 May 2018

Bu gün "Səbail"in rəhbərliyi və baş məşqçi Samir Əliyev arasında görüş keçirilib. Görüşdə Səbailin Topaz Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb.

 

Sportal.az xəbər verir ki, qarşılıqlı razılıq əsasında Samir Əliyevin "Səbail"in baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, "Səbail" debüt mövsümündə Premyer Liqanı 23 xalla 7-ci pillədə başa vurub. Komanda 28 oyunda 6 qələbə qazanıb, 5 heç-heçə edib və 17 dəfə uduzub.

Xəbər xətti