"Sumqayıt"dan ayrılan futbolçu "Neftçi" yolunda AÇIQLAMA

12:28 - 23 May 2018

"Sumqayıt"da daha bir ayrılıq reallaşıb.

 

Sportal.az saytına açıqlama verən Tural Axundov "Gənclik şəhəri" təmsilçisiylə başa çatan müqaviləsini uzatmayacağını deyib. Millimizin üzvünün karyerasını "Neftçi"də davam etdirmək ehtimalı böyükdür:

 

"Klubla müqaviləm başa çatıb. Hazırda istirahətdəyəm. 2-3 gün ərzində dəqiq qərar verəcəm. Bir neçə təklifim var. Növbəti mövsüm "Sumqayıt"da olmayacam. Bu, dəqiqdir. Yeni klubum böyük ehtimalla, "Neftçi" olacaq".

 

Qeyd edək ki, 29 yaşlı sağ cinah müdafiəçisi mövsümün əvvəlində "Kəpəz"dən "Sumqayıt"a keçmişdi. O, bu mövsüm Premyer Liqada 27 oyuna 4 qol vurub.

 

Əlavə edək ki, komandanın bombardiri Amil Yunanov da "Sumqayıt"ı tərk edib.

Xəbər xətti