İtaliya millisinin sabiq üzvü həbs olundu

İtaliya millisi və “Yuventus”un sabiq üzvü Vinçentso Yakvinta azadlıqdan məhrum oluna bilər.
 
Sportal.az xəbər verir ki, veteran futbolçu mafiya ilə əlaqələrdə günahlandırılır.
 
Bolonyoda cinayətkar qruplaşma ilə bağlı aparılan araşdırmalardan sonra 140 nəfər saxlanılıb ki, onların arasında Yakvinta və atası da var. Keçmiş hücumçunu 6, atasını isə 19 il həbs cəzası gözləyir.

 

Qeyd edək ki, karyerası ərzində "Udineze", "Yuventus" kimi klublarda oynamış Yakvinta İtaliya millisinin heyətində də 40 matçda meydana çıxıb.

Tarix: 24 May [17:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio