"Seneqallı bir insanın 120 milyon avroluq dəyəri olmasına gülürəm"

16:47 - 27 May 2018

"Napoli" müdafiəçisi Kalidu Kulibalini transfer etmək istəyən klublardan 120 milyon avro tələb edir.

 

Sportal.az xəbər verir ki, seneqallı futbolçu bu haqda açıqlama verib. O, dəyərinin 120 milyon avro olması ilə bağlı bunları söyləyib:

 

"Transfer qiymətinin 120 milyon avro olduğunu söyləyirlər və buna gülürəm.Gülməyimin səbəbi isə bir seneqallı insanın 120 milyon avro dəyərində olmasıdır. Əməyimin, zəhmətimin qarşılığını alıram. Deməli, "Napoli" əziyyətimi qiymətləndirir. Bura mənim ailəmdir və klubda xoşbəxtəm".

 

Kluibali 2014/15 mövsümündə 7,75 milyon avroya "Genk"dən "Napoli"yə transfer edilib. 26 yaşlı futbolçu bu mövsüm 45 oyuna 5 qol vurub və 1 assist edib.

Xəbər xətti