"Bavariya" Boatenqə ayrılmağa icazə verdi

"Bavariya"nın idarə heyətinin sədri Karl-Hayns Rummenigge komandanın müdafiəçisi Jerom Boatenqin gələcəyi haqda danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi Almaniya millisinin üzvünün ayrılığına "yaşıl işıq" yandırıb:

 

"Boatenq digər klublarla görüşməkdə sərbəstdir. Əgər onu istəyən komandalar varsa, anlaşa bilərik. Boatenqə digər komandalarla danışıqlar aparmasına icazə verdik".

 

Rummenigge komandanın hücumçusu Robert Levandovskinin ayrılmaq istəməsi haqda yayılan xəbələr haqda danışıb:

 

"Həftələr öncə Levandovskinin bizimlə qalacağını demişdim. İndi də eyni sözləri təkrar edirəm. Onun üçün gələn təkliflər açıq deyilik. Klub olaraq dəqiq qərar vermişik".

Tarix: 14 İyun [14:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyun 2018
21  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio