Harri Keyn: "Bu oyundakı performansımızdan qürur duyuruq"

00:48 - 19 İyun 2018

DÇ-2018-in G qrupunda qərarlaşan İngiltərə millisi ilk turda Tunis üzərində 2:1 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra matçda dubla edən kapitan Harri Keyn oyunla bağlı fikirlərini bölüşüb:

 

"Əlimdən gələni etdim. Çox çalışdıq, meydanda bütünü gücümüzü ortaya qoyduq. Çoxlu künc zərbəsi yerinə yetirdik və bu vəziyyətlərdən yararlanmağa çalışdıq. Ən sonda ədalət öz yerini tapdı. Son dəqiqələrdə olsa da, qələbə topunu vurduq. Bu oyundakı performansımızdan qürur duyuruq. Biz ulduz futbolçularıq və üzərimizə düşəni etməliyik. Gənc komanda olsaq da, əlimizdən gələni edəcəyik".

Xəbər xətti