"Səbail" "Sivasspor"a qarşı

14:21 - 19 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv yerli “Sivasspor”la üz-üzə gələcək. Heyətində Robinyo və Kone kimi futbolçuların yer aldığı Super Liqa təmsilçisi ilə görüş bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

 

Xatırladaq ki, “Səbail” Türkiyədəki ilk sınağında yerli “Gənclərbirliyi” klubuna 0:3 hesabıyla uduzub, Qətərin “Əl-Şəhaniyə” klubu ilə heç-heçə edib – 2:2.

Xəbər xətti