Orxan Sadıqlı "Keşlə"ni "Sumqayıt"a dəyişdi

14:01 - 15 Avqust 2018

Orxan Sadıqlı "Keşlə"dən ayrılıb.

 

25 yaşlı qapıçı karyerasını "Sumqayıt"da davam etdirəcək.

 

Bu barədə Sportal.az-a açıqlamasında əlcək sahibi özü deyib: "Artıq "Sumqayıt"ın futbolçusuyam. Bu mövsümün yarısını icarə əsasında keçirəcəm. Bu keçiddə əməyi olan hər kəsə təşəkkür edirəm. Klub rəhbərliyinə minnətdaram. Karyeram üçün vacib addım atdım. İnşallah, xeyirli olar. Özümü "Xəzər Lənkəran"da və "Keşlə"də sübut etdim. İndi bunu "Sumqayıt"da da bacarmaq istəyirəm. Hədəfim milli komandaya yüksəlməkdir".

 

Qeyd edək ki, Sadıqlı 2016-cı ildə "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra "Keşlə"yə üz tutmuşdu.

 

Xəbər xətti