Ayaz Quliyevdən 1 qol, 1 məhsuldar ötürmə VİDEO

01:16 - 20 Avqust 2018

Rusiya Premyer Liqasında 4-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan əsilli futbolçu Ayaz Quliyevin oynadığı "Rostov" "Yenisey"i qəbul edib və 4:0 hesablı qələbə qazanıb.

 

90 dəqiqə meydanda olan Ayaz qarşılaşmada 1 qol vurub və 1 assist edib. Quliyev 35-ci dəqiqədə Siqurdarsonun vurduğu qolun ötürməsini edib. Ayaz 83-cü dəqiqədə oyunda son nöqtəni qoyub.

 

"Rostov" Premyer Liqanın turnir cədvəlində 9 xalla 3-cü yerdə qərarlaşıb

 

 

Xəbər xətti