Avropanın ən yaxşı futbolçusu adına 3 namizəd

18:08 - 20 Avqust 2018

UEFA 2017/2018 mövsümünün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Avropanın ən güclüsü adına 3 namizəd var. Bunlar "Real"ın yarımüdafiəçisi Luka Modriç, ötən mövsümü "kral klubu"nda keçirən və hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo namizədlər siyahısındadırlar. Digər futbolçu isə "Liverpul"un misirli hücumçusu Məhəmməd Salahdır.

 

Səsvermə ötən mövsüm qrup mərhələsində iştirak etmiş komandaların baş məşqçiləri və Avropa İdman Nəşriyyatı Assosiasiyası tərəfindən seçilmiş jurnalistlər arasında aparılacaq.

 

Qeyd edək ki, qalibin adı avqustun 30-da Monakoda keçiriləcək ÇL-in qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Xəbər xətti