Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki xəstəxanaya yerləşdirilib.
Sportal.az xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən 49 yaşlı mütəxəssis ötən gecə travmatologiya və ortopediya klinikasına çatdırılıb. Analizlərdən sonra məlum olub ki, çalışdırıcı qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdır.
Prosineçki xəstəliyə görə Bosniya və Herseqovina Futbol İttifaqının yeni ofisinin açılışında iştirak edə bilməyib.
Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışıb. Bosniya və Herseqovina yığması xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb.
saytlarin hazirlanmasi