İrlandiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, yığma Mik Makkartiyə həvalə olunub. 59 yaşlı mütəxəssis AÇ-2020-nin sonuna qədər millini çalışdıracaq. O, bu vəzifədə Martin Onili əvəz edib.
Qeyd edək ki, Makkarti 1996-2002-ci illərdə də İrlandiyanın "sükanı arxası"nda olub. Yığma onun rəhbərliyi altında DÇ-2002-yə yüksəlmişdi.
saytlarin hazirlanmasi