Mövsümün sonunda karyerasını başa vuracaq Robin van Persi gələcək planlarından söz açıb.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu "baş məşqçi olmaq istəyirsiniz" sualına belə cavab verib: "Hazırda futbolçuyam və mövsümün sonuna kimi bunun dadını çıxarmaq istəyirəm. Mövsüm başa çatdıqdan sonra nələr olacağını görəcəyik. Çalışdığım heç bir baş məşqçi qüsursuz deyildi. Təbii ki, karyerama təsiri olan baş məşqçilər də oldu. Ancaq yaxşı baş məşqçi ilə yaxşı idarəedicini ayırmaq lazımdı".
Qeyd edək ki, van Persi "Feyenoord" yetirməsidi. O, "Arsenal", "Mançester Yunayted" və "Fənərbaxça" klublarında da çıxış edib.
saytlarin hazirlanmasi