Azərbaycanın mövqeyi dəyişməz qaldı

10:14 - 28 Noyabr 2018

Çempionlar Liqasının qrup mərhələsinin V turunun dünən keçirilən matçlarından sonra yeni UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, baş tutan 8 qarşılaşma cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

 

"Şaxtyor"un qələbəsi Ukraynanı, "Ayaks"ın qalibiyyəti isə Hollandiyanı irəli salıb. Bu ölkələr müvafiq olaraq, 8-ci və 11-ci yerə yüksəlib.

 

Azərbaycanın mövqeyi isə dəyişməz qalıb. Aktivində 19,000 xalı olan ölkəmiz siyahıda 26-cıdı.

 

Siyahıya İspaniya başçılıq edir. İngiltərə 2-ci, İtaliya 3-cüdü.

Xəbər xətti