Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi final mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, A Liqasının qaliblərinin qatıldığı "Dördlər fiinalı"nın yarımfinalında Portuqaliya - Hollandiya və İsveçrə - İngiltərə cütləri mübarizə aparacaq.
Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu ilin iyunun 5-6-da yarımmfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq.
Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasında yer aldığı D Liqasının 3-cü qrupunda 2-ci yeri tutub və pley-off mərhələsinə vəsiqəni təmin edə bilməyib.
saytlarin hazirlanmasi