"Olimpiakos" klubu 3 ay öncə azad agent statusu ilə heyətinə qatdığı Yaya Ture ilə bağlı yeni qərar verib.
Sportal.az xəbər verir ki, Yunanıstan klubu 3 ay ərzində 5 oyuna çıxan kot-d-ivuarlı futbolçunu göndərmək qərarını verib. Super Liqa təmsilçisi həm də 2 milyon avroluq illik maaş xərcindən də qurtulmaq üçün bu addımı atıb. Bu səbəbdən də klub rəhbərliyi 35 yaşlı yarımmüdafiəçi ilə müqavilə ləğv edilib.
Qeyd edək ki, Yaya Ture 2005/2006 mövsümünü "Olimpiakos"da keçirmişdi. Ture Donetsk "Metallurq"u, "Monako", "Barselona"da və "Mançester Siti"də də çıxış edib.
saytlarin hazirlanmasi