"Qızıl oğlan" mükafatının sahibi bəlli oldu

13:08 - 17 Dekabr 2018

“Tuttosport”un 21 yaşadək olan futbolçular üçün təsis etdiyi “Golden Boy” ("Qızıl oğlan") mükafatının qalibi bəlli olub.

 

Sportal.az xəbər verir ki, "Ayaks"ın müdafiəçisi Mateys de Liqt mükafatın sahibi olub. Hollandiya millisinin üzvü Trent Aleksander-Arnold ("Liverpul"), Castin Klyuvert ("Roma"), Vinisius Junior ("Real") və Patrik Kutroneni ("Milan") qabaqlayıb.

 

Qeyd edək ki, ötən il bu mükafata PSJ və Fransa millisinin üzvü Killian Mbappe layiq görülmüşdü.

Xəbər xətti