Bağırsaq problemləri səbəbindən ikinci dəfə əməliyyat olunan Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki bu gün evə buraxılıb.
Sportal.az xəbər verir ki, Sarayevodakı klinik mərkəzdə əməliyyat edilmiş mütəxəssisin vəziyyəti normaldır. Bosniya və Herseqovina mətbuatı Prosineçkinin AÇ-2020-nin seçmə mərhələsində milli komandanın "sükanı arxası"nda olacağını yazıb.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.
saytlarin hazirlanmasi