Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.
Sportal.az xəbər verir ki, buna ölkənin FIFA referisi Thanasis Tzilosun evinin qarşısında müəyyən olunmayan şəxslər tərəfindən döyülməsi səbəb olub. Dörd maskalı şəxs hakimə hücum etdikdən sonra hadisə yerindən qaçıb. Başından və ayağından xəsarət alan Tzilos hadisədən sonra xəstəxanaya yerləşdirilib.
Yunanıstan Hakimlər Komitəsi həmkarlarına dəstək üçün həftəsonu qarşılaşmalarında iştirak etməməyi qərarı alıb.
Çempionat matçları qış fasiləsindən sonra keçiriləcək.
saytlarin hazirlanmasi