"İnter"in (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadzenin Qazaxıstanın "Ordabası" klubundakı gələcəyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, başa çatan mövsümdə çempionatda 4-cü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanan Şimkənt klubu gürcü mütəxəssisi klubda saxlamağa qərar verib. Artıq tərəflər yeni müqavilənin şərtlərini razılaşdırıblar.
Qeyd edək ki, 50 yaşlı mütəxəssis ölkəmizdə "Standard" və "İnter" klublarını çalışdırıb.
saytlarin hazirlanmasi