Almaniya II Bundesliqasında ikinci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu evdə “Vehen”ə 3:2 hesabı ilə qalib gəlib.
Nazarov start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.
Komandasının ikinci qoluna 29 yaşlı yarımmüdafiəçi imza atıb. Milli üzvü 35-ci dəqiqədə uzaqdan zərbəylə rəqibi məyus edib.
Bu, Dimanın cari mövsüm ikinci qolu olub.
"Aue" iki tura altı xal toplayıb.
saytlarin hazirlanmasi