Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasının 21-ci turunda “Atırau” ilə keçirilən görüşün (1:0) ən yaxşı futbolçusu seçilib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper “Instat”ın təhlilinə əsasən, oyunun ən yaxşısı adına layiq görülüb. Onun indeks balı 272 olub.
Emil Balayev matçda 24 dəqiq ötürmə verib, bir neçə epizodda komandasını qoldan xilas edib.
saytlarin hazirlanmasi