Qazaxıstan Premyer Liqasında 22-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" klubu "İrtış"a 2:0 hesabı ilə qalib gəlib.
Emil Balayev bu qarşılaşmada da Kostanay təmsilçisinin qapısını qoruyub.
"Tobol" 45 xalla Premyer Liqanın lideridir. "Astana" və "Kairat" 44 xalla 2-3-cü yerləri bölüşür.
saytlarin hazirlanmasi