Çexiyanın U-21 liqasında 2-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin futbolçusu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” "Eden Arena"da “Vltavin”i qəbul edib və 4:1 hesablı qələbə qazanıb.
Fərid start heyətdə yer alıb və 87-ci dəqiqədə əvəzlənib. Nəbiyev 58-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, 20 yaşlı yarımmüdafiəçinin yeni mövsüm ilk qolu olub.
"Sparta" 6 xalla turnir cədvəlində liderdir.
saytlarin hazirlanmasi