Albaniya Super Liqasında 2019/2020 mövsümü start götürüb.
Sportal.az xəbər verir ki, ilk turda azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" səfərdə "Teuta" ilə üz-üzə gəlib. Oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
"Biliş"in start heyətində meydana çıxan Turabov Super Liqada debüt edib. 22 yaşlı müdafiəçi 60-cı dəqiqədə əvəzlənib.
Albaniya klubu Turabovu yayda "Sabah"dan icarəyə götürüb.
saytlarin hazirlanmasi