Albaniya Super Liqasında ikinci turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" "Vlazniya"nı qəbul edib. Oyunda hesab açılmayıb və tərəflər "sülh"ə razılaşıb. Bu, "Biliş"in cari mövsüm qazandığı ilk xal olub.
İlk turda meydana çıxan Eltun Turabov bu qarşılaşmanın da iştirakçısı olub. 22 yaşlı müdafiəçi start heyətdə yer alıb və sonadək oynayıb.
saytlarin hazirlanmasi