Albaniya Super Liqasında üçüncü turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" "Skenderbeu"nun qonağı olub və 3:0 hesablı qələbə qazanıb. Bu, "Biliş"in cari mövsüm qazandığı ilk qələbə olub.
22 yaşlı müdafiəçi start heyətdə yer alıb və sonadək oynayıb. Eltun 70-ci dəqiqədə sarı vərəqə alıb.
"Biliş" üç turdan sonra dörd xal toplayıb. Komanda on komanda arasında altıncıdır.
saytlarin hazirlanmasi