Gürcüstanın I Divizionunda 25-ci tura start verilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtredia" səfərdə "Qaqra"nı çətinliklə məğlub edib - 1:0. Komanda qələbə qolunu 90+6-cı dəqiqədə vurub.
"Samtredia"da aparıcı simaya çevrilən Nicat Qurbanov oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. Yayda komandaya qoşulan Nicat üç qol vurub, iki məhsuldar ötürmə edib.
"Samtredia" 25 turdan sonra 53 xalla ikincidir və lider "Merani"dən 8 xal geri qalır.
saytlarin hazirlanmasi