Albaniya Super Liqasında dördüncü turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" "Kukesi"ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Eltun oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 22 yaşlı müdafiəçi əvvəlki üç qarşılaşmada da meydanda olub.
"Biliş" dörd turdan sonra yeddi xal toplayıb və on komanda arasında üçüncüdür.
saytlarin hazirlanmasi