Küveyt Premyer Liqasında 2019/2020 mövsümü start götürüb.
Sportal.az xəbər verir ki, 24 yaşlı azərbaycanlı yarımmüdafiəçi Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" doğma meydanda "Əl-Ərəbi Küveyt"i qəbul edib. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Kamal oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparmaqla çempionatda debüt eləyib.
saytlarin hazirlanmasi