Ağabala Ramazanov Küveyt klubunun bir addımlığında

14:47 - 12 Noyabr 2019

Azərbaycan millisinin və “Səbail”in hücumçusu Ağabala Ramazanov karyerasını Küveytdə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, yüksək liqa təmsilçisi “Əl-Ərəbi” 26 yaşlı forvardın transferində israrlıdır. Bunun üçün qışda “Səbail”ə rəsmi təklif ediləcək, Ağabalanın qarşısına isə yaxşı müqavilə şərtləri qoyulacaq.

 

“Səbail”dəki qeyri-müəyyən duruma görə, Ağabalanın Küveytə yollanmaq ehtimalı yüksəkdir.

 

“Əl-Ərəbi” Küveyt Premyer Liqasına uğurlu start verməyib. Komandanın 6 turdan sonra 2 xalı var. Klub rəhbərliyi buna görə komandanı qışda gücləndirməyə qərar verib.

 

Küveytdə daha bir azərbaycanlı futbolçu çıxış edir. Kamal Mirzəyev yayda “Qəbələ”dən “Əl-salmiyə”yə keçdi. 25 yaşlı yarımmüdafiəçi komandasında əsas heyət üzvünə çevrilib.

Xəbər xətti