Eşli Uillyams: "Azərbaycana qalib gəlməkdən başqa yolumuz yoxdur"

17:17 - 12 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels millisinin futbolçusu Eşli Uilyams açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "Bristol Siti"də çıxış edən 35 yaşlı müdafiəçi qələbədən başqa yollarının olmadığını deyib:

 

"Avropa çempionatına yollanmaq istəyiriksə, əvvəlcə Azərbaycanı, sonra isə Macarıstanı məğlub etməliyik. Əgər Bakıdan 3 xalla qayıtsaq, Macarıstanla görüşdə möhtəşəm atmosfer olacaq. Ona görə Azərbaycana qalib gəlməkdən başqa yolumuz yoxdu. Baş məşqçimiz bilir ki, artıq tam hazıram. Düzdü, Slovakiya və Macarıstanla matçlarda meydana çıxmadığım üçün məyus olmuşdum. Lakin indi tam formadayam".

Xəbər xətti