21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Milan Obradoviçin komandası Sumqayıtda Lixtenşteyn yığması ilə q.arşılaşıb. Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığma komanda ilk oyunda Lixtenşteynə 0:1 hesabı ilə uduzmuşdu.
Lixtenşteyn yığması qrupda keçirdiyi digər üç oyunun hamısında uduzub. Azərbaycan millisi isə ikinci qələbəsini qazandı. Yığmanın qrupda 6 xalı var.
14 noyabr
AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup
18:00. Azərbaycan - Lixtenşteyn - 1:0
Qol: Barış Ekincier, 65
Baş hakim: Lukas Sotirius (Kipr).
Sumqayıt. “Kapital Bank Arena”
Azərbaycan: 12. Kamran İbrahimov, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 15. Ömər Buludov, 17. Doğukhan Öksüz, 18. Hüseyn Seyliğli, 21. Barış Ekincier;
Ehtiyat oyunçular: 22. Nicat Mehbalıyev, 4. Səbuhi Abdullazadə, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 16. Süleyman Əhmədov, 20. Elçin Mustafayev, 23. Ozan Can Kökcü;
Baş məşqçi: Milan Obradoviç.
saytlarin hazirlanmasi