UEFA-dan gələn növbəti vəsait “Qarabağ” klubunun hesabına köçürülüb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa liqasının qrup mərhələsində Lüksemburqda “Düdelanj” üzərində 4:1 hesablı qələbəyə görə 570 min avro, Bakıda Kipr APOEL-i ilə 2:2-lik heç-heçəyə görə isə 190 min avro qazanıb.
Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümündə klubun turnir cədvəlindəki mövqeyinə görə 21 min avro (market-pool – ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.
Beləliklə, “Qarabağ”ın büdcəsinə 781 min avro (təqribən 1 milyon 460 min manat) daxil olub.
saytlarin hazirlanmasi