Azərbaycan millisinin düşərgəsində zədələndiyi üçün heyətdən çıxarılan "Qarabağ"ın futbolçusu Maksim Medvedevin son durumu müəyyənləşib.
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, tibbi müayinədən keçən 32 yaşlı müdafiəçinin ayaq əzələsinin dartıldığı məlum olub. Onun təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
29 yaşlı futbolçu noyabrın 22-i Premyer Liqanın 12-ci turunda "Sumqayıt"a qarşı keçiriləcək matçı buraxacaq. Medvedevin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda noyabrın 28-i "Sevilya"ya qarşı görüşdə isə oynayıb-oynamayacağı bəlli deyil.
saytlarin hazirlanmasi