Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsinin son turunda Slovakiyaya 0:2 hesabı ilə uduzdu.
Sportal.az xəbər verir ki, qarşılaşmanın statistik göstəricilərində meydan sahibləri üstün olub.
Slovakiya 16, Azərbaycan isə 4 dəfə qapıya zərbə endirib. Meydan sahiblərinin 8 zərbəsi qapıya istiqamətlənib və 2-si qolla nəticələnib. Slovakiyanın 3 zərbəsi qeyri-dəqiq alınıb. 5 zərbəyə isə blok qoyulub.
Azərbaycanın 1 zərbəsi çərçivəyə ünvanlanıb, 3-ü isə qeyri-dəqiq alınıb.
Künc zərbələrində də meydan sahibləri üstün olub - 5:1.
Topa yiyələnmə də Azərbaycan millisi rəqibindən geri qalıb: 39 faiz – 61 faiz.
Slovakiyalı futbolçuların 674 ötürməsinin 607-si dəqiq alınıb (90 faiz). Azərbaycan millisinin üzvləri isə 372 ötürmənin 294-də dəqiq oynayıblar (79 faiz).
saytlarin hazirlanmasi