Pavel Hapal: "İlk hissədə Azərbaycan millisi yaxşı oynamadı"

03:23 - 20 Noyabr 2019

Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsinin son turunda Azərbaycanla ev oyunundan (2:0) sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, çexiyalı mütəxəssis mətbuat konfransında qələbəni şərh edib:

 

“Oyun yaxşı başladıq. 100 faizli qol şanslarımız oldu. Azərbaycan müdafiədə yaxşı, kompakt oynadı. Birinci hissədən sonra komanda bir qədər inamsız görünürdü. Bəlkə də Uelsdəki oyunun nəticəsi ilə bağlı məlumat almışdılar”.

 

Hapal Azərbaycan yığmasının ilk hissədə yaxı oynamadığını, ancaq fasilədən sonra qol imkanı yarada bildiyini söyləyib:

 

“Azərbaycan millisinin real qol şansı oldu. Həmin anda hesab bərabərləşməyə çox yaxın idi. Lakin qapıçımızın inamlı oyunu rəqibin sevinməsinə imkan vermədi. Daha sonra isə ikinci qolu vurmaqla görüşün taleyini həll etdik. İlk hissədə Azərbaycan millisi elə də yaxşı çıxış etmədi. Amma fasilədən sonra buraxdığımız 1 səhv bizə baha başa gələ bilərdi. Lakin rəqib real qol epizodundan yararlana bilmədi".

Xəbər xətti