UEFA Millətlər Liqasında AÇ-2020-yə son 4 vəsiqə uğrunda pley-offda mübarizə aparacaq komandalar müəyyənləşib.
Sportal.az xəbər verir ki, İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosovo və Belarus yığmaları pley-offun iştirakçıları olacaq.
Bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq. Qalib komandalar Avropa çempionatına vəsiqə qazanacaq.
A yolu
İslandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
B yolu
Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya
C yolu
Şotlandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
Norveç - Serbiya
D yolu
Gürcüstan - Belarus
Şimali Makedoniya – Kosovo
Yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək.
saytlarin hazirlanmasi