Slovakiyalı veteran futbolçu Ladislav Yurkemik ölkəsinin komandasının AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdiyi oyundan (2:0) danışıb.
Sportal.az xəbər verir ki, 66 yaşlı keçmiş müdafiəçi Azərbaycan millisinin bərbad oynadığını bildirib:
"Uzun illərdir ki, Azərbaycan kimi zəif rəqib görmürdüm. İlk hissədə onları müdafiəyə sıxmışdıq. Onların oynadığı futbol dəhşətli idi. Heç meydanın mərkəzini də keçə bilmirdilər. Bu komandaya daha çox qol vurmaq olardı, sadəcə digər matçda Uels hesabı erkən açdı və bu da matçın tempinə təsir etdi. Azərbaycanı heç 6-cı səbətə daxil etməsinlər. Onlar futbolçu yox, Avropanı gəzməyə çıxan turistlərdir. Hətta tribunada bəzi azarkeşlər komandanı fitə basmağa başladı".
Yurkemik 1976-cı ildə Çexoslovakiya milli komandasının heyətində Avropa çempionu olub.
saytlarin hazirlanmasi