Bəhlul Mustafazadə İngiltərə klubunun hədəfində

15:48 - 23 Noyabr 2019

"Sabah"ın və Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə karyerasını İngiltərədə davam etdirə bilər.

 

Sportal.az the72.co.uk saytına istinadən xəbər verir ki, "Sanderlend" qış fasiləsində 22 yaşlı futbolçunu transfer etmək üçün "Sabah"a təklif ünvanlayacaq. "Sabah"ın "qara pişiklər"dən böyük təzminat tələb etməyəcəyi vurğulanıb.

 

"Sanderlend" İngiltərə I Liqasında (səviyyəcə 3-cü divizion) çıxış edir.

 

Daha öncəki müsahibəsində Bəhlul ölkə xaricində oynamaq arzusunda olduğunu demişdi.

 

Gənc müdafiəçi yayda "Qəbələ"dən "Sabah"a keçib.

Xəbər xətti