Simeon Slavçev: "Qarabağ"la müzakirəmiz olmayıb"

11:11 - 25 Noyabr 2019

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstanın “Levski” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında xəbəri təkzib edib:

 

“Bu, tamamilə fərziyyədir. “Levski” ilə heç bir danışığımız olmayıb. İndi gələcəyimlə bağlı heç bir şərh verə bilmərəm. Çünki “Qarabağ”da qalıb-qalmayacağımla bağlı rəhbərliklə heç bir müzakirəmiz olmayıb. Klubla müqaviləm var. Dəqiqləşdirmədən nəyəsə şərh verə bilmərəm”.

 

Slavçevin "Qarabağ"la müqaviləsi mövsümün sonuna qədərdir.

Xəbər xətti