UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya" ilə qarşılaşacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi saat 16:00-da çarter reysi ilə yola düşəcək. Təyyarənin uçuşdan 6 saat 35 dəqiqə sonra Sevilya hava limanına eniş etməsi gözlənilir.
Noyabrın 27-si Qurban Qurbanovun mətbuat konfransı və komandanın oyunun keçiriləcəyi "Ramon Sançes Pisxuan" stadionunda məşqi nəzərdə tutulub.
Noyabrın 28-dən 29-na keçən gecə baş tutacaq "Sevilya" - “Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək. Komanda noyabrın 29-u 15:00-da Bakıya dönəcək.