“Qarabağ”ın ispaniyalı futbolçusu Miçel ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya”ya qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib. Təcrübəli futbolçu “Ramon Sançes Pisxuan”da oynamağın xüsusi olduğunu vurğulayıb:
“Hamı “Sevilya”nı tanıyır. Artıq “Ramon Sançez Pisxuan”da oynamaq şansım olub və bu, həmişə özəldi. İnanılmaz stadiondu. Çətin oyun olacağını bilirik. “Sevilya” px güclüdü və adətən öz meydanında rəqiblərini bağışlamır”.
Miçel qrupdakı vəziyyəti dəyərləndirib:
“APOEL “Düdelanj”a qalib gəlsə və biz “Sevilya”ya məğlub olsaq, hər şey bitəcək. Ən azı 1 xal qazanmalıyıq. Yaxşı işlər görəcəyimizə və “Sevilya”nın artıq növbəti mərhələyə vəsiqəni qazanmasından istifadə edəcəyimizə ümid edirik”.
Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.
saytlarin hazirlanmasi