Rusiya millisi AÇ-2020-dən də uzaqlaşdırıla bilər.
Sportal.az xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyinin baş direktoru Yuri Qanus açıqlamasında bildirib. Onun sözlərinə görə, Sankt-Peterburqun qitə çempionatının oyunlarına ev sahibliyi etməmə ehtimalı var: "Hər nə qədər ehtimal olsa da, Rusiya millisi Avropa çempionatından məhrum edilə bilər. Hazırda Rusiya Antidopinq Agentliyi Ümumdünya Antidopinq Agentliyinə (WADA - red.) şərti uyğunluq rejimindədir. Onu saxlamaq üçün biz iki şərti yerinə yetirməli idik. Birincisi, 31 dekabr 2018-ci ilədək ekspertləri Moskva laboratoriyasına ekspertləri buraxmalı və onlara elektron bazanı verməliyik. İkincisi, 30 iyun 2019-cu ilədək maddi məlumatların - WADA-nın araşdırma şöbəsinə verilməsi üçün dopinq-test siyahısının ötürülməsini təmin etməli idik".
Sankt-Peterburq gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatında qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununa ev sahibliyi edəcək.
Böyük Britaniya mətbuatının məlumatına görə, Sankt-Peterburq oyunları qəbul etməsə, 4 oyun Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi