Avropa Liqasının qrup mərhələsinin V turunda sabah İspaniyanın “Sevilya” klubunun qonağı olacaq “Qarabağ”ın futbolçusu Xayme Romero oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, ispa futbolçu əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- Güclü rəqibə qaşrı çıxıç edəcəyimizin fərqindəyik. Bizə xal lazımdı. Müdafiədə diqqətli olmalı və şanslarımızı gözləməliyik.
- Rəqibin növbəti mərhələyə vəsiqəni təmin etməsi sizin üçün matçın asan olacağı anlamına gəlirmi?
- Baş məşqçimizin dediyi fikirlərə qatılıram. İlk oyunda 3-cü qoldan sonra da rəqib hücum edirdi. Heç olmasa 1 xal qazanmağa çalışacağıq.
- Burdan sərfəli nəticə ilə qayıtmaq üçün hansı oyun üslubunda çıxış etməli olduğunuzu düşünürsüz?
- Müdafiədə diqqətli olmalıyıq. Boşşuqlar buraxmamalıyıq. Əldə etdiyimiz imkanlardan yararlıanmalıyıq. Nə olacağını görəcəyik.
- Nə vaxtsa bu stadionda oynamısanmı?
- Təəssüf ki, burda oynamaq nəsib olmayıb. “Qranada”da oynayanda zədə və ya vərəqəyə görə meydana çıxa bilməmişdim. Bir ispan kimi belə oyunda iştirak eləmək çox xoşdu. Oyundan zövq almağa çalışacağıq.
- “Qarabağ”da 3 ispan futbolçu var. Yaxınlarınızdan neçə nəfər stadionda olacaq?
- Təxminən 10-a yaxın ailə üzvüm stadionda olacaq.