Rüfət Dadaşov məşqlərə başladı

16:19 - 28 Noyabr 2019

Azərbaycan millisinin və Almaniyanın III Bundesliqa təmsilçisi "Proyssen"in futbolçusu Rüfət Dadaşov zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard “Bild”ə açıqlamasında bu barədə məlumat verib. Sol ayağından zədələnən Rüfət ötən gün məşqlərə başladığını deyib:

 

“Ağrılara qarşı dərmanlar var. Komandama kömək etmək istəyirəm. Bizim 3 xala ehtiyacımız var”.

 

Çempionatın 17-ci turunun “Proyssen” – “Valdhof” oyunu noyabrın 30-da keçiriləcək.

Xəbər xətti